Əziz Egemen bəy!
Dünyada və regionda əsas söz sahiblərindən olan qardaş Türkiyə dövlətinin Çexiyada böyükelçisi olaraq sizi salamlayır, ad gününüz münasibəti ilə, təşkilatımızın adından ürəkdən təbrik edirik!
Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirməkdən məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə diplomatik fəaliyyətinizdə uğurlar diləyirik.
Eyni zamanda bu gün 23 Aprel tarixində Milli Müstəqillik və Uşaqlar günü münasibəti ilə, şanlı Türk xalqını və sizi şəxsən təbrik edirik.
Qardaş Türkiyənin dünyanın aparıcı, güclü ölkələri sırasında olması, regionda və dünyadakı proseslərə təsir imkanlarının artması, həm də bizim gücümüzün, təsir imkanlarımızın artmasıdır ki, buna görə çox qürurluyuq.
Sayın Egemen bəy, sizin simanızda bütün Türk xalqını Milli Müstəqillik və Uşaqlar günü münadibəti ilə bir daha təbrik edir, Allahdan Türk xalqına sülh, əminamanlıq, rifah və xoşbəxtlik arzu edirik!
Sayğılarla,
Azerbaijani Community in the Czech Republic təşkilatının kolektivi