Hörmətli valideynlər və əziz uşaqlar!
Böyük sevinclə nəzərinizə çatdırırıq ki, „Buta“ həftəsonu məktəbimizin fəaliyyəti yenidən bərpa olunur.
Məktəbdə uşaqlar Azərbaycan diliylə bərabər milli mədəniyyətimizi, adət-ənənəmizi, musiqimizi, ədəbiyyatımızı və tariximizi öyrənə bilərlər.
Dərslər ayda 2 dəfə şənbə günləri saat 10-dan – 12-dək keçiriləcək. Məşğələlər müəllimələrimiz Rəna və Leyla xanım tərəfindən aparılacaq.
Ilk dərs Martın 5-də Praqa şəhərinin Milli Azlıqlar Evi-nin 4-cü mərtəbəsində baş tutacaq.
Maraqlananlar info@azcom.cz email vasitəsi ilə əlaqə saxlaya bilərlər.