ACCR Birliyinin Nizamnaməsi

Maddə 1. Adı, qısa təsnifatı, fəaliyyət məkanı, hüquqi əsası, qeydə alındığı ünvan

1.Çexiya Respublikasındakı “Azerbaijani Community in the Czech Republic” diaspor birliyi (bundan sonra “Birlik”) Azərbaycan, Çexiya və digər Avropa İttifaqı dövlətləri vətəndaşlarının, mədəni, siyasi, dini və sosial mənsubiyyətindən asılı olmayaraq, ortaq maraqlar əsasında könüllü olaraq birləşdikləri müstəqil  ictimai təşkilatdır. Məramı uyğun olan xarici olkələrdəki müvafiq təşkilatlarla əməkdaşlıq etmək hüququna malikdir.

2.Birlik Çexiya respublikası ərazisində fəaliyyət göstərir. Birlik bütün işlərini Çex Respublikasının qanunlarına uyğun qurur və tənzimləyir.

3.Birliyin ünvanı:  Na Schudkach 134/6, Praqa 12, Çex Respublikası

Maddə 2. Birliyin məramı, məqsədi və fəaliyyətinin xarakteri

  1. Birlik öz məqsədini ilk növbədə Çexiya vətəndaşları və Azərbaycan Respublikası vətəndaşları arasında mədəni və sosial həyatın müxtəlif sahələrində qarşılıqlı faydalı əlaqələrin qurulmasında və inkişaf etdirilməsində görür.
  2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
  3. a) qarşılıqlı bilik və anlaşma yaradılması məqsədi ilə Azərbaycan tarixini, mədəniyyətini və ənənələrini çex ictimaiyyətinə nümayiş edir.

(b) qarşılıqlı tanışlıq və faydalı əməkdaşlıq üçün hər iki ölkənin xalqını bir araya gətirən ümumi layihələr tərtib edib onları reallaşdırır.

  1. Bu məqsədlə Birlik aşağıdakıları istifadə edir:
  2. a) mühazirələr, sərgilər, film və teatr nümayişləri, konsertlər, simpoziumlar, konfranslar, mədəni və sosial tədbirlər və s. təşkil edir.

(b) Azərbaycanda, eləcə də Avropanın digər ölkələrində yerləşən tərəfdaş təşkilatlarla əlaqə qura, yaxud  fərdi vətəndaşlar ilə əməkdaşlıq haqqında saziş bağlaya bilər.

  1. d) nəşrlər, broşürlər və digər audiovizual materialları istehsal edə bilər.

 Maddə 3. Birliyin təşkilat strukturu

  1. Birlik fəaliyyəti zamanında zərurət olduğu halda, özünün ayrı-ayrı sahələri üzrə köməkçi bölmələrini yarada bilər.

 Maddə 4. Üzvlük

  1. Birliyin məqsədlərini və nizamnaməsini dəstəkləyən hər bir Azərbaycan, Çexia və diqər Aİ vətəndaşı (fərdi üzvlər), təşkilatlar və qurumlar (kollektiv üzvlər) əsas üzvlük öhdəliklərini yerinə yetirərək üzv ola bilər.
  2. Üzvlük könüllüdür. Birlikdə kollektiv üzv, öz səlahiyyətli şəxsi tərəfindən təmsil olunur. Hər bir üzv bir səsə  malikdir.
  3. Birliyə üzv olmaq istəyən şəxsin üzvlüyünə İdarə Heyəti  qərar verir. Ərizəni təqdim edərək, şəxs Nizamnamə qaydalarını qəbul etdiyini bildirir.
  4. Birlikdə üzvlük aşağıdakı hallarda ləğv edilə bilər:
  5. a) yazılı sürətdə çıxış haqqında ərizə verdikdə
  6. b) üzvlük öhdəliklərini  yerinə yetirməyəndə (məsələn, üzvlük haqqının 2 il ödənilməməsi, Birliyin nüfuzuna xələl gətirən əməllər və s.)

(c) Təşkilatın nizamnaməsinin ciddi pozulması hallarında.

  1. Ümumi yığıncaq Çexiya-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verən şəxslərə “Fəxri üzv” statusu vermək hüququna malikdir.

Maddə 5. Üzvlərin hüquqları və vəzifələri

  1. Hər bir üzv Birliyin bütün toplantılarında və tədbirlərində iştirak etmək; təkliflər vermək, idarə strukturunun formalaşmasına mövqeyini bildirmək hüququna malikdir (səs vermək vasitəsi ilə).
  2. Birliyin nizamnaməsinə hörmətlə yanaşmaq, Birliyin fəaliyyətində yaxından iştirak etmək, ona həvalə edilən vəzifələri yerinə yetirmək və üzvlük haqqını vaxtında ödəmək – hər üzvün  əsas öhdəlikləridir.

Maddə 6. Birliyin təşkilati strukturu

Birliyin orqanları aşağıdakılardır: ümumi yığıncaq; İdarə Heyəti; Sədr.

  1. Ümumi yığıncaq

1.1. Ümumi yığıncaq Birliyin ali orqanıdır. Birliyin hər bir üzvü ümumi yığıncağın üzvüdür.

1.2. Ümumi yığıncağın səlahiyyətləri bunlardır:

(a) İdarə Heyət  üzvlərinin seçilməsi və vəzifədən azad edilməsi;

(b) Nizamnaməyə düzəlişlərin təsdiq edilməsi;

(c) üzvlük haqlarının təsdiq edilməsi;

  1. d) Birliyin fəaliyyətinə xitam verilməsi barədə səlahiyyətli orqanlara müraciət.

1.3. Üzvlərin ən azı üçdə ikisi iştirak etdikdə ümumi yığıncaq kvoruma malikdir.

1.4. Ümumi yığıncaqda qərarlar  sadə səs çoxluğu ilə qəbul olunur. Ümumi yığıncaq Birliyin İdarə Heyəti  və ya Sədr  tərəfindən çağırılır  və ən azı hər 4 ildən bir keçirilir.

1.5.  İdarə heyəti üzvləri ümumi yığıncaqda açıq səsvermə ilə seçilir.  Birlik sədrinin vəzifəsinə seçilən şəxs isə İdarə Heyəti üzvlərinin öz aralarında qapalı səsvermə ilə müəyyən olunur. Birliyin rəhbər orqanı (İdarə Heyəti və sədr) hər 4 ildən bir ümumi hesabat yığıncağında yenilənir.

1.6. İdarə Heyəti  yığıncağın protokolunu ümumi yığıncağın keçirildiyi gündən 30 gün ərzində hazırlanmasını təmin etməlidir. Qeydiyyatda olan Birlik üzvlərinin siyahısı ilə bərabər, protokol sənədləri də birliyin  arxivində saxlanılır.

  1. İdarə Heyəti

2.1. İdarə Heyəti Birliyin fəaliyyətini həyata keçirən və onun adından çıxış edən əsas orqandır.

2.2. İdarə Heyəti 7 üzvdən ibarətdir.

2.3. İH Ümumi Yığıncaq tərəfindən 4 il müddətinə seçilir, təkrar seçilmə mümkündür.

2.4. İdarə Heyətinin yığıncaqları, ildə ən azı dörd dəfədən az olmamaq şərti ilə, zərurət əsasında keçirilir.

2.5. İdarə Heyəti Birliyin cari işlərlərin həyata keçirilməsi  ilə bağlı məsələlərə dair qərarlar qəbul edir.

2.6. İdarə Heyətinin əsas səlahiyyətləri:

(a) Ümumi yığıncağı çağırır;

  1. b) Ümumi yığıncağın qərarlarını icra edir;
  2. c) üzvlüyə qəbula və üzvlüyün ləğvinə qərar verir;
  3. d) Birlik üzvlərinin siyahısını aparır;
  4. e) Birlik əməkdaşlarının işə qəbulu və işdən çıxarılması haqqında qərar verir.

2.7. İdarə heyətinin yığıncağında yalnız üzvlərinin 2/3 iştirak etdiyi təqdirdə yığıncaq kvoruma malikdir.

2.8. İdarə Heyəti qərarlarını sadə çoxluqla, yığıncaqda iştirak edən üzvlərin açıq səsverməsi ilə qəbul edir.

2.9. Səsvermə hüququ bərabərdir. Xüsusi və mübahisəli vəziyyətdə, səslərin bərabər bölündüyü hallarda, sədrin mövqeyi üstünlük təşkil edir.

3 Sədr

3.1 İdarə Heyəti öz tərkibindən bir il müddətinə Sədr seçir, təkrar seçilmə mümkündür.

3.2 Sədr İdarə Heyətininin işini təşkil və koordinasiya edir:

  1. a) İdarə Heyətinin yığıncaqları arası vaxtda Birliyin fəaliyyətini təmin etmək üçün lazımi tədbirləri və zəruri işləri həyata keçirir
  2. b) Birliyi rəsmi orqanlarda, ictimai tədbirlərdə  və ölkə xaricində təmsil edir, Birliyin adından çıxış edir, sənədlər imzalayır.
  3. c) Birliyin daxili iş qaydalarını müəyyənləşdirir və lazım olduqda həmin qaydalara əlavələr edir.

3.3. Lazım gəldikdə (operativlik tələb olunduqda) Sədr İdarə Heyətinin təcili yığıncağını çağırmaq səlahiyyətinə malikdir.

Maddə 7. Birliyin əmlakı və maliyyə fəaliyyəti

1.1. Birliyin aktivləri mövcud qanun və qaydalara uyğun olaraq, üzvlük haqları, ianələr və grantlardan ibarətdir. Birlik Avropa İttifaqından kənarda olan hökumətlərdən maliyyə vəsaitlərini qəbul etməməyi öhdəsinə götürür.

1.2. Birlik daşınan və daşınmaz əmlaka malik ola bilər.

  1. Birlik resurslarının istifadəsi və təmin edilmə vasitələri:
  2. a) Birliyin iqtisadi idarə edilməsi birliyin daxili qaydaları və Çex Respublikasının ümumi tətbiq olunan qaydaları əsasında tənzimlənir.
  3. b) Birliyin vəsaitlərinin istifadə olunması haqda Birliyin İdarə Heyyəti qərar verir.
  4. c) Bu vəsaitlər yalnız Birliyin fəaliyyətini təmin etmək üçün istifadə olunur.

 

Maddə 8. İllik hesabat

  1. Birlik 31 dekabr tarixinədək illik hesabat hazırlayır.
  2. İllik Hesabat Ümumi yığıncağın üzvlərinə, İdarə Heyətinə və Birliyin sponsorlarına göndərilir.

 

Maddə 9. Birliyin fəaliyyətinə xitam verilməsi

  1. Birliyin fəaliyyətinin dayandırılması barədə qərar da Ümumi yığıncaqda, üzvlərin 2/3 səs çoxluğu ilə qəbul edilir.  Eyni zamanda, Birlik əmlakının aqibətinə aid hesabat təsdiq olunur.