KROK
01

Çexiya Respublikasındakı “Azerbaijani Community in the Czech Republic” diaspor birliyi

Maddə 1. Adı, qısa təsnifatı, fəaliyyət məkanı, hüquqi əsası, qeydə alındığı ünvan

  1. Çexiya Respublikasındakı “Azerbaijani Community in the Czech Republic” diaspor birliyi (bundan sonra „Birlik“) Azərbaycan, Çexiya və digər Avropa İttifaqı dövlətləri vətəndaşlarının, mədəni, siyasi, dini və sosial mənsubiyyətindən asılı olmayaraq, ortaq maraqlar əsasında könüllü olaraq birləşdikləri müstəqil  ictimai təşkilatdır. Məramı uyğun olan xarici olkələrdəki müvafiq təşkilatlarla əməkdaşlıq etmək hüququna malikdir.
  2. Birlik Çexiya respublikası ərazisində fəaliyyət göstərir. Birlik bütün işlərini Çex Respublikasının qanunlarına uyğun qurur və tənzimləyir.
  3. Birliyin ünvanı:  Na Schudkach 134/6, Praqa 12, Çex Respublikası
ACCR Birliyinin Nizamnaməsinin tam mətni

KROK
02

Svůj účel Spolek spatřuje především

Maddə 2. Birliyin məramı, məqsədi və fəaliyyətinin xarakteri

  1. Birlik öz məqsədini ilk növbədə Çexiya vətəndaşları və Azərbaycan Respublikası vətəndaşları arasında mədəni və sosial həyatın müxtəlif sahələrində qarşılıqlı faydalı əlaqələrin qurulmasında və inkişaf etdirilməsində görür.
  2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
    a) qarşılıqlı bilik və anlaşma yaradılması məqsədi ilə Azərbaycan tarixini, mədəniyyətini və ənənələrini çex ictimaiyyətinə nümayiş edir.
    (b) qarşılıqlı tanışlıq və faydalı əməkdaşlıq üçün hər iki ölkənin xalqını bir araya gətirən ümumi layihələr tərtib edib onları reallaşdırır.
ACCR Birliyinin Nizamnaməsinin tam mətni

KROK
03

Birlik fəaliyyəti

Maddə 3. Birliyin təşkilat strukturu

Birlik fəaliyyəti zamanında zərurət olduğu halda, özünün ayrı-ayrı sahələri üzrə köməkçi bölmələrini yarada bilər.

ACCR Birliyinin Nizamnaməsinin tam mətni